“Bu gün möhtəşəm oyun göstərdiyimizi düşünürəm” – Sarri

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Lion”a 2:1 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, Sarri, qələbəyə baxmayaraq, turnirdə mübarizəni dayandıran “qoca sinyora”nın oyunundan razı qaldığını bildirib:

“Komandadan daha azını gözləyirdim. Bu gün möhtəşəm oyun göstərdiyimizi düşünürəm. Hesabda geri düşdükdən sonra qol vurduq, altı-yeddi qol fürsəti yaxaladıq, qələbə qazandıq. Təəssüf ki, ilk oyunun (0:1), hətta ilk matçın ilk hissəsi ucbatından turnirdən kənarlaşdıq. İlin bu vaxtında ən yaxşı vəziyyətdə ola bilmərik.

Klub rəhbərliyinin komandadakı gələcəyimə bir oyuna görə qərar verəcəyini düşünmürəm, məncə, bütün mövsümü dəyərləndirəcəklər. Müqaviləm var və buna hörmət edirəm”.