“Torino” Venetsiyadan 1 xalla döndü

Futbol üzrə İtaliya A Seriyasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Açılış matçında “Milan” səfərdə “Spetsiya” ilə qarşılaşıb və qələbə qazanıb.

Milanın digər təmsilçisi “İnter” isə “Atalanta”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Altı qolluq “Cenoa” – “Verona” görüşü də heç-heçə bitib.

Lider “Napoli” bu turda “Kalyari”ni qəbul edib və ardıcıl 6-cı qələbəsini qazanıb. “Yuventus” “Sampdoriya”nı sınağa çəkib. Turin təmsilçisi də turu qələbə ilə başa vurub.

Turun mərkəzi görüşü paytaxt Romada baş tutub. “Latsio” “Olimpiko” stadionunda əzəli rəqibi “Roma” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun “Latsio”nun qələbəsiylə yekunlaşıb.

Turun qapanış matçında isə “Venetsiya” ilə “Torino” qarşılaşıb. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

İtaliya A Seriyası, 6-cı tur

25 sentyabr

Spetsiya – Milan 1:2
Qol
: Verde, 80 – Maldini, 48. B.Dias, 86.

İnter – Atalanta 2:2
Qol
: L.Martines, 5. Dzeko, 71 – Malinovski, 30. Toloy, 38.

Cenoa – Verona 3:3
Qol
: Krişito, 77; 80. Destro, 85 – Simeone, 8. Barak, 49. Kaliniç, 90+1.

26 sentyabr

Yuventus – Sampdoriya 3:2
Qol
: Dibala, 10. Bonuççi, 43-pen. Lokatelli, 57 – Yoşida, 44. Kandreva, 83.

Sassuolo – Salernitana 1:0
Qol
: Berardi, 54.

Udineze – Fiorentina 0:1
Qol
: Vlahoviç, 16-pen.

Empoli – Bolonya 4:2
Qol
: Bonifazi, 1-öz qapısına. Pinamonti, 32. Bayrami, 54-pen. Riççi, 90 – Barrov, 11. Arnautoviç, 77.

Latsio – Roma 3:2
Qol
: Milinkoviç-Saviç, 10. Pedro, 19. F.Anderson, 63 – İbanes, 41. Veretu, 69-pen.

Napoli – Kalyari 2:0
Qol
: Osimhen, 11. İnsinye, 57.

27 sentyabr

Venetsiya – Torino 1:1
Qol
: Aramu, 79-pen – Brekalo, 56.

Bombardir: Çiro İmmobile (“Latsio”) – 6 qol.