“Milan” paytaxtda böyük hesabla uduzdu

Bu gün İtaliya A Seriyasında 33-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında ötən tur lider “İnter”lə matçda xal qazanan “Spetsiya” “Cenoa”nın qonağı olub. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Parma” autsayder “Krotone”yə uduzub. “Sassuolo” isə “Sampdoriya”nı məğlub yola salıb.

Bazar günü daha beş qarşılaşma baş tutub. “Udineze” səfərdə “Benevento”ya qalib gəlibsə. “Atalanta” doğma meydanda “Bolonya”nı 5 cavabsız qolla məğlub edibsə, “Roma” səfərdə “Kalyari”yə uduzub.

Lider “İnter” bu turda “Verona”nı sınağa çəkib. Milanlılara bu oyunda qələbə üçün bir qol bəs edib. “Yuventus” isə çətin “Fiorentina” səfərindən 1 xalla dönüb.

Turun mərkəzi görüşü Romada keçirilib. Turnir cədvəlinin 2-cisi “Milan” “Latsio”nun müqavimətini qırmağa çalışıb. Lakin qonaqlar bu oyunda darmadağına üzülüblər. “Napoli” də səfərdə “Torino”dan güclü olub.

İtaliya A Seriyası, 33-cü tur

24 aprel

Cenoa – Spetsiya 2:0
Qol
: Skamakka, 62. Şomurodov, 86.

Parma – Krotone 3:4
Qol
: Hernani, 29. Jervinyo, 49. Mihaila, 54 – Maqallan, 14. Simi, 42; 69-pen. Unas, 45+1.

Sassuolo – Sampdoriya 1:0
Qol
: Berardi, 69.

25 aprel

Benevento – Udineze 2:4
Qol
: Viola, 34. Lapadula, 83 – Molina, 4. T.Arslan, 31. Larsen, 49. Braaf, 73.

Fiorentina – Yuventus 1:1
Qol
: Vlahoviç, 29-pen – Morata, 46.

İnter – Verona 1:0
Qol
: Darmian, 76.

Kalyari – Roma 3:2
Qol
: Likoyannis, 4. Marin, 57. J.Pedro, 64 – K.Peres, 27. Fasio, 69.

Atalanta – Bolonya 5:0
Qol
: Malinovski, 22. Muriel, 44-pen. Freuler, 57. Sapata, 59. Mirançuk, 73.

26 aprel

Torino – Napoli 0:2
Qol
: Bakayoko, 11. Osimhen, 13.

Latsio – Milan 3:0
Qol
: Korrea, 2; 51. İmmobile, 87.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 24 qol.