“Atletik” 3 xalı 4 qolla qazandı

Futbol üzrə İspaniya La Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Selta” autsayder “Elçe”nin müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Ötən tur “Selta” ilə oyunda xal itirən “Atletiko” bu dəfə “Qranada” səfərinə yollanıb və çətin qələbəyə sevinib. “Barselona” “Alaves”i qəbul edib və darmadağına sevinib.

“Sevilya” doğma meydanda “Hueska”nı minimal hesabla üstələyibsə, “Eybar” – “Valyadolid” görüşündə qalib müəyyənləşməyib.

Turnir cədvəlinin ikincisi “Real”ın budəfəki rəqibi “Valensiya” olub və inamlı qələbəyə sevinib.

Turun son matçında Bilbao “Atletik”i səfərdə “Kadis”lə qarşılaşıb. Bilbao təmsilçisi səfərdə darmadağına sevinib.

İspaniya La Liqası, 23-cü tur

12 fevral

Selta – Elçe 3:1
Qol
: Mina, 45; 68. Mendes, 45+2 – Riqoni, 50.

13 fevral

Qranada – Atletiko 1:2
Qol
: Herrera, 66 – Lyorente, 63. Korrea, 73.

Sevilya – Hueska 1:0
Qol
: El Haddadi, 57.

Eybar – Valyadolid 1:1
Qol
: Kike, 23 – Mesa, 7-pen.

Barselona – Alaves 5:1
Qol
: Trinkao, 29; 74. Messi, 45+1; 75. Firpo, 80 – Rioxa, 57.

14 fevral

Xetafe – Real Sosyedad 0:1
Qol
: İsak, 30.

Real – Valensiya 2:0
Qol
: Benzema, 12. Kroos, 42.

Levante – Osasuna 0:1
Qol
: Budimir, 74.

Vilyarreal – Betis 1:2
Qol
: Moreno, 65-pen – Fekir, 45. Emerson, 52.

15 fevral

Kadis – Atletik 0:4
Qol
: Berenger, 4; 29. Lopes, 15. Uilyams, 52.

Bombardir: Luis Suares (Atletiko) – 16 qol.