“Selta” “Xetafe”ni səfərdə darmadağın etdi

Futbol üzrə İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında 5-ci pillədə qərarlaşmış “Osasuna” doğma meydanda “Qranada” ilə üz-üzə gəlib. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

“Valensiya” bu turda “Malyorka”nı qəbul edib və məğlubiyyətdən son anda xilas olub. “Elçe” – “Espanyol” görüşü də bərabərliklə bitib. “Kadis” evdə “Alaves”ə uduzubsa, “Atletik” “Vilyarreal”ı məğlub yola salıb.

“Sevilya” “Levante”, “Betis” isə “Rayo Valyekano” ilə qarşılaşıb. Hər iki oyun məhsuldar alınıb və meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Madridin “Atletiko” komandasının bu turdakı rəqibi “Real Sosyedad” olub. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. “Real” burada “Barselona”nın qonağı olub. Üç qolun qeydə alındığı “el klasiko” “Real”ın qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə “Selta” səfərdə “Xetafe”yə böyük hesabla qalib gəlib.

İspaniya La Liqası, 10-cu tur

22 oktyabr

Osasuna – Qranada 1:1
Qol
: Avila, 45 – Montoro, 90.

23 oktyabr

Valensiya – Malyorka 2:2
Qol
: Qedeş, 90+3. Qaya, 90+8 – Anxel, 32. Diaxabi, 38-öz qapısına.

Kadis – Alaves 0:2
Qol
: Xoselu, 6-pen; 90+1.

Elçe – Espanyol 2:2
Qol
: Boye, 23. Benedetto, 84 – Morlanes, 51. De Tomas, 52.

Atletik – Vilyarreal 2:1
Qol
: R.Qarsiya, 14. Muniain, 77-pen – Koklen, 32.

24 oktyabr

Sevilya – Levante 5:3
Qol
: O.Torres, 8. Mir, 24. D.Karlos, 38. El Haddadi, 50. Reges, 64 – Morales, 33; 55. Melero, 61.

Barselona – Real 1:2
Qol
: Aquero, 90+7 – Alaba, 32. Lukas, 90+3.

Betis – Rayo Valyekano 3:2
Qol
: Moreno, 22. Xuanmi, 24. V.Xose, 75-pen – Nteka, 45+1. A.Qarsiya, 65.

Atletiko – Real Sosyedad 2:2
Qol
: L.Suares, 61; 77 – Sorlot, 7. İsak, 48.

25 oktyabr

Xetafe – Selta 0:3
Qol
: Mina, 55; 73. Aspas, 58.

Bombardir: Kərim Benzema (Real) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button