“Qələbə qazandığımız üçün sevinməliyik, amma…” – Zidan

İspaniya superkubokunun yarımfinal oyununda “Valensiya”ya 3:1 hesabıyla qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, qarşılaşmadan razı qaldığını bildirib:

“Komanda bu səviyyədə çıxış etmək üçün çox çalışır. Oyunumuzdakı dinamikanı görmək xoşdur. İkinci hissədə daha yaxşı çalışdıq. Bu gün hər şey istədiyimiz kimi alındı, amma növbəti oyun fərqli olacaq. Futbolçuların göstərdiyi oyundan məmnunam. Qələbə qazandığımız üçün sevinməliyik, amma hələ heç nə əldə edə bilməmişik.

İskonun göstərdiyi oyuna görə sevinirəm. Bütün futbolçularımız çox çalışır, onların hamısını eyni səviyyəyə qaldırmaq istəyirik. Hər dəfə bir futbolçu meydanda yaxşı oyun göstərirsə, bu, məşqçi üçün müsbət haldır.

Qaret Beylin zədəsinə gəlincə, o, hazır deyildi. Bu həftə məşq etməyib. Həkimləriylə məsləhətləşməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button