AÇ-2020: İspaniya və Fransadan xal itkisi, Almaniyadan qələbə!

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A və B qruplarının qarşılaşmaları keçirilib. Əvvəlcə B qrupu çərçivəsində Rusiya millisi Finlandiya ilə qarşılaşıb və minimal hesabla qalib gəlib.

A qrupu çərçivəsində Türkiyə yığması Uelslə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma türklərin məğlubiyyəti ilə başa çatıb. Qrupun digər matçında lider İtaliya millisi İsveçrə ilə üz-üzə gəlib və növbəti darmadağın sayəsində 1/8 finala vəsiqəni təmin edib.

C qrupu çərçivəsində Ukrayna millisi Şimali Makedoniya, Niderland isə Avstriya yığması ilə qarşılaşıb. Ukrayna və Niderland yığmaları bu görüşlərdən qələbə ilə ayrılıblar. Niderland ikinci qələbəsini rəmsiləşdirməklə 1/8 finala vəsiqəni təmin edib.

B qrupu çərçivəsində Belçika yığması Danimarka milli komandası ilə üz-üzə gəlib. Belçikalılar da əzmkar qələbə sayəsində 1/8 finala yüksəliblər.

E qrupu çərçivəsində İsveç yığması Slovakiya ilə qarşılaşıb və minimal hesabla qalib gəlib. D qrupunda Xorvatiya Çexiyanı, İngiltərə isə Şotlandiyanı sınağa çəkib. Bu iki oyunda isə qalib müəyyənləşməyib.

F qrupunda Portuqaliya Almaniya, Macarıstan isə Fransa ilə qarşılaşıb. Almanların möhtəşəm qələbəyə sevindiyi gündə fransızlar xal itkisi ilə üzləşiblər. İspaniya isə bu dəfə Polşa yığmasıyla bacarmayıb.

AÇ-2020, qrup mərhələsi, 2-ci tur

B qrupu

16 iyun

Finlandiya – Rusiya 0:1
Qol: A.Mirançuk, 45+2.

Finlandiya: 1. Lukas Hradeçki, 2. Paulus Arajuri (k), 3. Daniel O’Şonessi, 4. Yoona Toivio, 6. Qlen Kamara, 8. Robin Lod, 10. Teemu Pukki, 11. Rasmus Şüller, 18. Yere Uronen, 20. Yoel Pohyanpalo, 22. Yukka Raitala.
Rusiya: 16. Matvey Safonov, 2. Mario Fernandes, 3. İqor Diveyev, 7. Maqomed Ozdoyev, 8. Dmitri Barinov, 11. Roman Zobnin, 14. Georgi Cikiya, 15. Aleksey Mirançuk, 17. Aleksandr Qolovin, 22. Artyom Dzyuba (k), 23. Daler Kuzyayev.

17 iyun

Danimarka – Belçika 1:2
Qol: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71.

Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 14. Mikkel Damsqaard, 18. Daniel Vass, 20. Yussuf Poulsen, 23. Pyer-Emil Heyberq.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen (k), 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 11. Yannik Karrasko, 14. Dris Mertens, 15. Tomas Munye, 16. Torqan Hazard, 18. Ceyson Denayer, 19. Leander Dendonker.

A qrupu

16 iyun

Türkiyə – Uels 0:2
Qol: A.Remsi, 43. K.Roberts, 90+5.
Matçın 61-ci dəqiqəsində Q.Beyl penaltidən yararlana bilməyib (kənara).

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 13. Umut Meraş, 17. Burak Yılmaz (k), 22. Kaan Ayhan.
Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.

İtaliya – İsveçrə 3:0
Qol: M.Lokatelli, 26; 52. Ç.İmmobile, 89.

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 22. Fabian Şer, 23. Cerdan Şakiri.

C qrupu

17 iyun

Ukrayna – Şimali Makedoniya 2:1
Qol: A.Yarmolenko, 29. R.Yaremçuk, 34 – E.Alioski, 57-pen.
R.Malinovski 84-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).

Ukrayna: 1. Georgi Buşçan, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 8. Ezqyan Alioski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 16. Boban Nikolov, 17. Enis Bardi, 20. Ştefan Spirovski, 21. Elyif Elmas.

Niderland – Avstriya 2:0
Qol: M.Depay, 11-pen. D.Dumfris, 67.

Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 19. Vaut Veqorst, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.
Avstriya: 13. Daneil Baxmann, 2. Andreas Ulmer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 11. Mixael Qreqoriç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.

E qrupu

18 iyun

İsveç – Slovakiya 1:0
Qol: E.Forsberq, 77-pen.

İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 24. Markus Danielson.
Slovakiya: 1. Martin Dubrovka, 2. Peter Pekarik, 5. Lubomir Şatka, 8. Andrey Duda, 13. Patrik Hroşovski, 14. Milan Şkrinyar, 15. Tomaş Huboçan, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 24. Martin Kosçelnik.

19 iyun

İspaniya – Polşa 1:1
Qol: A.Morata, 26 – R.Levandovski, 54.
Matçın 58-ci dəqiqəsində J.Moreno penaltidən yararlana bilməyib (dirək).

İspaniya: 23. Unai Simon, 4. Pau Torres, 6. Markos Lyorente, 7. Alvaro Morata, 8. Koke, 9. Xerard Moreno, 16. Rodri, 18. Jordi Alba (k), 19. Dani Olmo, 24. Aymerik Laporte, 26. Pedri.
Polşa: 1. Voyçex Şesnı, 5. Yan Bednarek, 9. Robert Levandovski (k), 11. Karol Sviderski, 14. Mateuş Klix, 15. Kamil Qlik, 16. Yakub Moder, 18. Bartoş Bereşinski, 20. Pyotr Zelinski, 21. Kamil Yuzvyak, 26. Tımoteuş Puxaç.

D qrupu

18 iyun

Xorvatiya – Çexiya 1:1
Qol: İ.Perişiç, 47 – P.Şik, 37-pen.

Xorvatiya: 1. Dominik Livakoviç, 2. Şime Vrsalko, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. Yosip Brekalo, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 17. Ante Rebiç, 21. Domaqoy Vida, 25. Yoşko Qvardiol.
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril.

İngiltərə – Şotlandiya 0:0

İngiltərə: 1. Cordan Pikford, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 15. Tayron Minqs, 19. Meyson Maunt, 20. Fil Foden, 24. Riz Ceyms.
Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 6. Kiran Tirni, 7. Con Makqinn, 8. Kallum Makqreqor, 9. Lindon Dayks, 10. Çe Adams, 23. Billi Gilmor.

F qrupu

19 iyun

Macarıstan – Fransa 1:1
Qol: A.Fiola, 45+2 – A.Qrizmann, 66.

Macarıstan: 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 7. Loik Neqo, 8. Adam Naqi, 9. Adam Salai (k), 13. Andras Şafer, 15. Laslo Klaynhaysler, 20. Roland Sallai, 21. Endre Botka.
Fransa: 1. Uqo Lloris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 18. Lukas Din, 19. Kərim Benzema.

Portuqaliya – Almaniya 2:4
Qol: K.Ronaldo, 15. D.Jota, 67 – R.Dias, 35-öz qapısına. R.Gerrero, 39-öz qapısına. K.Haverts, 51. R.Qosens, 60.

Portuqaliya: 1. Rui Patrisio, 2. Nelson Semedo, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kristiano Ronaldo (k), 10. Bernardo Silva, 11. Bruno Fernandes, 13. Danilo, 14. Vilyam Karvalyo, 21. Dioqo Jota.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 10. Serj Qnabri, 20. Robin Qosens, 21. İlkay Gündoğan, 25. Tomas Müller.

Bombardir: Kriştiano Ronaldo (Portuqaliya), Patrik Şik (Çexiya) – 3 qol.