“Marsel” 3 xalı 4 qolla qazandı

Futbol üzrə Fransa Liqa 1-də 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider PSJ doğma meydanda “Anje”ylə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda parislilər əzmkar qələbəyə seviniblər.

Turnir cədvəlinin 8-ci pilləsində yer alan “Lill” bu turda “Klermon” səfərinə yollanıb. Son ölkə çempionu bu oyundan miniimal hesabla məğlub ayrılıb.

Turun mərkəzi görüşündə “Lion” doğma meydanda “Monako”nun müqavimətini qırmağa çalışıb. Meydan sahibləri bu görüşdə inamlı qələbə qazanıblar.

Tura “Marsel” – “Loryan” matçıyla yekun vurulub. Beş qolun qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1, 10-cu tur

15 oktyabr

PSJ – Anje 2:1
Qol
: Danilo, 69. Mbappe, 87-pen – Fulqini, 36.

16 oktyabr

Klermon – Lill 1:0
Qol
: Nsimba, 32.

Lion – Monako 2:0
Qol
: Ekambi, 74-pen. Denayer, 90.

17 oktyabr

Trua – Nitsa 1:0
Qol
: Balde, 4.

Bordo – Nant 1:1
Qol
: Hvanq, 62 – Çirivelya, 75.

Brest – Reyms 1:1
Qol
: Honorat, 74 – Faes, 12.

Mets – Renn 0:3
Qol
: Laborde, 24. Sulemana, 37. Terrye, 45.

Strasburq – Sent-Etyen 5:1
Qol
: Marşan, 25. Yussuf, 38-öz qapısına. Qameyro, 69. Ayorke, 73. Diallo, 85 – Xazri, 45+4-pen.

Monpelye – Lans 1:0
Qol
: Mavididi, 47.

Marsel – Loryan 4:1
Qol
: Kamara, 27. Genduzi, 56; 90+1. Milik, 85 – Loryan, 13-pen.

Bombardir: Məhəmməd Bayo (Klermon), Conatan Devid (Lill), Qaetan Lyabord (Renn) – 6 qol.