ÇL: “Mən çox xoşbəxtəm” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uzun müddətdən sonra 1/4 finala çıxdıqları üçün qürur duyduğunu söyləyib:

“Mən çox xoşbəxtəm. Sonuncu dəfə 1/4 finala çıxmağımızdan 14 il keçib. “Arsenal” kimi bir klub üçün bu, çox uzun müddətdir, nə qədər çətin olduğunun sübutudur. Bu gün çox çalışmalı, sehrli anı gözləməli olduq və axır ki, oldu. Mən çox qürur duyuram”.

“Arsenal” “Portu”nu penaltilər seriyasında məğlub edərək (4:2) növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button