“Qarabağ”la oyun MOİK-i 600 manat ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionla bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci divizionun 18-ci turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

1-ci divizionun 23-cü turunun “Zaqatala” – “Keşlə-2” oyununda matçın 55-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Nicat Oruclu “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimələnir.

1-ci divizionun 23-cü turunun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

1-ci divizionun 23-cü turunun MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun futbolçusu Nurlan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

MOİK klubunun futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

MOİK klubunun futbolçusu Qabil Sabrili aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimələnir.

MOİK klubunun futbolçusu Zahir Xanhüseynli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimələnir.

“Qarabağ-2” klubunun futbolçusu Seyxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

MOİK klubunun məşqçisi Ramin Nəsibov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

1-ci divizionun 23-cü turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.