“Bu gün ələ düşən fürsətlərdən istifafə edə bildik” – De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Bu gün əla oynadıq. Uşaqlar alqışa layiqdirlər. Başa düşürəm, milli komanda uduzanda gəlib dəstək olmaq çətindir. Amma belə çətin zamanlarda gəlmək lazımdır.
  • Bəziləri deyir ki, bu Azərbaycan tarixinin ən yaxşı milli komandasıdır. Bu fikirlə razısınızmı?
  • Bunu bilmirəm. Bunu siz məndən yaxşı bilərsiz. İndiki komanda yaxşıdır. Yaxşı oyunçu olmaq üçün hərtərəfli hazır olmaq lazımdır. Qarşıya məqsəd qoymaq lazımdır. Bizdə hələ də nələrsə çatışmır. Məncə, bura gəlişimdən bəzi şeylər dəyişib. Bu gün gücümüzü ortaya qoyduq və qələbə qazandıq.

Bu oyunda əsas fərq onda oldu ki, ələ düşən fürsətlərdən istifafə edə bildik. Avstriya ilə oyunda Ramil Şeydayev və Toral Bayramov vəziyyətləri qaçırdılar. Fikrimcə, komanda inkişaf edir. Çox çətin qrupdayıq. Belçika ilə oyuna da ciddi hazırlaşırıq. Amma bunu onlara deməyin. Sonra onlar da ciddi hazırlaşarlar.

Mən istər futbolçu, istərsə də məşqçi karyeramda belə fantastik qol görməmişdim. Emini təbrik edirəm.

Əksəriniz ancaq nəticəyə görə danışırsız. Oyunlara baxın. Bu gün komanda stabillik tapır. Çox az məşq edirik. Əsas odur ki, bu formanın haqqını vermək lazımdır. Belçika ilə oyundan sonra daha çox danışa bilərik.

  • Üçüncü qoldan sonra sevincinizi Arif Əsədova təpik vurmaqla qeyd etdiniz. bunun xüsusi səbəbi vardı?
  • Ariflə aramız əladır. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincimiz belə alındı.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button