
“Hamı bir araya gəlməlidir”
“Lill”in hücumçusu Olivye Jiru komandasının “Strasburq”a 1:4 hesablı məğlubiyyətini şərh edib.
Komanda.az xəbər verir ki, o, oyundan sonra tribunaların təhqirlərinə dözməli olub və danışmaq məcburiyyətində qalıb:
“Hamı bir araya gəlməlidir – klub rəhbərliyi, oyunçular, azarkeşlər. Bu çətin anı yalnız birlikdə, birləşərək dəf edə bilərik”.
Fransalı futbolçu daha əvvəl “Arsenal” və “Milan”da oynayıb.
“Lill” hazırda Liqa 1-in turnir cədvəlində 5-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



