Krespo istefa verdi

Braziliyanın “San Paulo” klubunda baş məşqçi Ernan Krespo istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kresponun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Argentinalı mütəxəssis 2021-ci ilin fevralından “San Paulo”nu çalışdırırdı.

“San Paulo” hazırda Braziliya A Seriyasında 14-cü sıradadır.