Braziliyanın tanınmış klubunun futbolçuları tətil etdi

Braziliyanın “Kruzeyro” klubunun futbolçuları tətil edib.

Komanda.az xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri məlumat yayıb. Oyunçular maaşlarını ala bilmədikləri üçün məşqə çıxmaqdan imtina ediblər.

Braziliyanın köklü klublarından olan “Kruzeyro” hazırda ciddi maliyyə problemləri yaşayır və 6 aydır ki, işçilərin və futbolçuların maaşlarını normal verə bilmir.

“Kruzeyro” 4 dəfə Braziliya çempionu olub. Hazırda Braziliyanın B Seriyasında çıxış edən komanda 11-ci sıradadır.