Braziliyalı futbolçu qışda “Barselona”ya keçəcək

“Barselona” “Atletiko Paranaense”nin hücumçusu Vitor Roke ilə anlaşıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin Braziliya klubu ilə hələ yayda razılaşma əldə etdiyi bildirilirdi. Lakin futbolçu qışda “Barselona”ya keçəcək.

Transfer kataloniyalılara 40 milyon avroya başa gəlib və futbolçunun özü ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

18 yaşlı futbolçu 2022-ci ildə “Kruzeyro”da “Atletiko Paranaense”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button