“Barselona” böyük hesabla uduzdu, kubok braziliyalıların oldu

Braziliyada keçirilən və sabiq futbolçuların iştirak etdiyi Əfsanələr kubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, turnirdə “Barselona”, “Borussiya” (Dortmund), “Bavariya” və “San Paulo” klublarının keçmiş futbolçuları iştirak edib. Həlledici görüşdə “Barselona” ilə “San Paulo” qarşılaşıb. Oyun Braziliya təmsilçisinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button