Braziliya komandaları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər

FİFA Braziliya Futbol Konfederasiyasını (CBF) beynəlxalq turnirlərdən uzaqlaşdıra bilər.

Komanda.az AP-yə istinadən xəbər verir ki, FİFA bununla bağlı qarşı tərəfə xəbərdarlıq məktubu göndərib.

FİFA CBF-nin yeni prezident seçkilərinə potensial müdaxilənin olmasından şübhələnir. Bu üzdən, ölkə futboluna sanksiyaların tətbiqi nəzərdən keçirilir.

Xəbərdarlıqda bildirilib ki, prezident Ednaldo Rodrigesin dəyişdirilməsi prosesinin sürətləndirilməsi qurumu narahat edir. Braziliya Futbol Konfederasiyası 2024-cü ilin yanvarında prezident seçkiləri təşkil etməyi planlaşdırır:

“CBF-nin FİFA-ya üzvlüyü dayandırılsa, qurum bütün hüquqlarını itirəcək. Bu halda yığmalar və klublar beynəlxalq yarışlarda iştirak etməkdən məhrum olacaqlar”.

FİFA bu problemi həll etmək üçün yanvarın 8-dək xüsusi komissiya yaradacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button