Braziliya klubu Sampaoliyə tapşırıldı

Braziliyanın “Flamenqo” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bir neçə gün öncə portuqaliyalı Vitor Pereyranı istefaya göndərən klub, onu argentinalı Xorxe Sampaoli ilə əvəzlənib.

63 yaşlı mütəxəssislə müqavilə 2024-cü ilin 31 dekabrına kimi nəzərdə tutulub.

Xatırladaq ki, 54 yaşlı Pereyra bu ilin yanvarında Braziliya klubunun baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı cəmi 20 oyuna çıxarıb.

Sampaoli isə 2022-ci ilin oktyabr ayından çalışdırdığı “Sevilya”nı bu ilin martında tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button