“Brayton”un baş məşqçisi “Milan”a rəhbərlik edə bilər

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Milan”a rəhbərlik edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı baş məşqçi Stefano Pioli istefaya göndərilə bilər və onun yerinə italiyalı mütəxəssis nəzərdən keçirilir. De Zerbi ilə maraqlanan adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubları da var.

44 yaşlı məşqçi 2022-ci ilin sentyabrından “Brayton”u çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm 62 xalla altıncı yeri tutub və klub tarixində ilk dəfə avrokuboklara yüksəlib. De Zerbinin İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

17 turdan sonra “Milan” 33 xalla A Seriyasında üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button