Son gündə iki darmadağın

Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda Dortmund “Borussiya”sı ilə “Paderborn” üz-üzə gəlib. Beş qolun qeydə alındığı qarşılaşma dortmundluların gözlənilməz xal itkisi ilə bitib.

“Bavariya” bu turda “Fortuna” səfərinə yollanıb. Münhen təmsilçisi 4 cavabsız qola sevinib. Lider Münhenqladbax “Borussiya”sı “Yunion”u sınağa çəkib və 2 cavabsız qolla uduzub.

Son oyun günündə iki görüş baş tutub. “Auqsburq” doğma meydanda “Herta”nı 4 cavabsız qolla məğlub edib. “Hoffenhaym” isə evdə “Maynts”a böyük hesabla uduzub.

Almaniya Bundesliqası, 12-ci tur

22 noyabr

Borussiya D – Paderborn 3:3
Qol
: Sanço, 47. Vitsel, 84. Roys, 90+2 – Mamba, 5; 37. Holtmann, 43.

23 noyabr

Bayer – Frayburq 1:1
Qol
: Diabi, 36 – Holer, 5.

Fortuna – Bavariya 0:4
Qol
: Pavard, 11. Tolisso, 27. Qnabri, 34. Koutinyo, 70.

Ayntraxt – Volfsburq 0:2
Qol
: Veqorst, 19. Viktor, 65.

Yunion – Borussiya M 2:0
Qol
: Ujah, 15. Andersson, 90+1.

Verder – Şalke 1:2
Qol
: Osako, 79 – Harit, 43. Raman, 53.

Leyptsiq – Köln 4:1
Qol
: Verner, 22. Forsberq, 32; 79. Laymer, 37 – Çixos, 39..

24 noyabr

Auqsburq – Herta 4:0
Qol
: Maks, 17. Kordova, 26. Han, 52. Nyederlexner, 79.

Hoffenhaym – Maynts 1:5
Qol
: Kramariç, 83 – L.Öztunalı, 33. Kaderabek, 52-öz qapısına. Malonq, 62; 90+3. Boetius, 90.

Bombardir: Robert Levandovski (Bavariya) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button