Bonuççi: “Messiyə qarşı oynamaq daha çətin idi”

“Yuventus”un sabiq futbolçusu Leonardo Bonuççi hücumçular Lionel Messi və Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı oyunçu argentinalı futbolçuya qarşı oynamağın daha çətin olduğunu bildirib: 

“Messiyə qarşı oynamaq daha çətin idi, çünki o, daha gözlənilməz idi. Ronaldo mükəmməl idi, lakin daha başa düşülən “avtomobil”dir”.

Bonuççi bundan əvvəl karyerasını bitirəcəyini açıqlayıb. O, karyerasının böyük hissəsini “Yuventus”da keçirib – 2010-2017 və 2018-2023-cü illərdə Turin komandasında çıxış edib. 

Messi hazırda “İnter Mayami”də, Ronaldo isə “Əl-Nəsr”də oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button