“Bizim ona ehtiyacımız var” 

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın hücumçusu Lautaro Martinesin İtaliya kubokunun 1/8 final mərhələsinin “Bolonya” ilə oyununda (1:2) aldığı zədədən danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Martinesin vəziyyətinin yaxşı olduğunu bildirib:

“Martinesin vəziyyəti yaxşıdır. O, istənilən halda dərin müayinədən keçəcək. İki gün sonra daha bir matçımız olacaq. Bizim ona ehtiyacımız var”.

“İnter” “Bolonya”ya uduzaraq, İtaliya kubokunda mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button