DÇ-2022: “Bizim qol şanslarımız daha real idi” – Kimmix

Almaniya millisinin yarımmüdafiəçisi Yozua Kimmix DÇ-2022-nin ikinci turunun İspaniyaya qarşı oyununu (1:1) şərh edib.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, “Bayern”in yarımmüdafiəçisi rəqibin topa sahib olmaqda üstün olduğunu deyib:

“Topsuz çox qaçmalı olacağımızı bilirdik və bunun öhdəsindən gəldik. İspaniya topa sahib olmaqda üstün tərəf idi. Amma bizim qol şanslarımız daha real idi”.

Kimmix qrup mərhələsinin son matçı haqda da fikir bildirib:

“Hələlik heç-heçə ilə kifayətlənməliyik Diqqətimizi hər şeyin həll olunacağı son turun oyununa yönəltməliyik”.

Almaniya yığması DÇ-2022-nin E qrupunda iki turdan sonra 1 xala sahibdir. Onlar sonuncu turda Kosta Rika millisi ilə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button