“Bizim klubdan biri gəldi və “mümkünsüzü bacardıq” dedi” – Sissoko

“Tottenhem”in futbolçusu Mussa Sissoko Çempionlar Liqasında “Mançester Siti” ilə qarşılaşdıqları oyundan sona fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, matçın 41-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən fransız yarımmüdafiəçi, turu keçdiklərindən xəbərinin olmadığını deyib:

“Zədələndikdən sonra texniki zonadaydım. Hesab 3:5 olanda pis oldum və paltardəyişmə otağına getdim. Orda tək idim, oyuna baxmaq üçün televizor da yox idi. Ancaq məğlub olduğumuzu və yarımfinala yüksələ bilmədiyimizi düşünürdüm.

Sonra paltardəyişmə otağına bizim klubdan biri gəldi və “mümkünsüzü bacardıq” dedi. “Bunu necə etdik” deyə, soruşdum və o, mənə VAR sisteminə baxıldıqdan sonra 5-ci qolun ləğv edildiyini dedi. O anda zədəmi unudaraq, qaçaraq meydana tərəf getdim”.

“Tottenhem” qarşılaşmadan 3:4 hesabıyla məğlub ayrılmasına baxmayaraq, səfərdə daha çox top vurması sayəsində yarımfinala yüksələn tərəf olub. “Mançester Siti” 90+3-cü dəqiqədə Rahim Sterlinqlə bir qol vurmuş, lakin baş hakim Cüneyt Çakır VAR sisteminə baxdıqdan sonra qolu ləğv etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button