“Bir neçə dəhşətli qol buraxdıq” – Moyes

“Vest Hem”in baş məşqçisi Devid Moyes Premyer Liqanın 17-ci turunun “Arsenal”la oyununu (1:3) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, müdafiədə yaxşı oynadıqlarını deyib:

“53-cü dəqiqəyə qədər hesabdan razı qaldım, amma oyundan yox. Düşünürəm ki, ilk hissədə “Arsenal”a qarşı yaxşı mübarizə apardıq. Onlar həqiqətən güclü kollektivdir. Lakin mən onlara meydan oxumaq istəyirdim. Bir neçə dəhşətli qol buraxdıq. Müdafiədə yaxşı çıxış etdik. İkinci hissədə etdiklərimiz xoşuma gəlmədi”.

Hazırda “Arsenal” 40 xalla Premyer Liqada birinci, “Vest Hem” 14 xalla 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button