Yenidən icarəyə verildi

“Vulverhempton”un hücumçusu Qonsalo Quedes yenidən icarə əsasında “Benfika”da oynayacaq.

Komanda.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Quedes cari mövsümün sonuna qədər “qartallar”ın formasını geyinəcək.

Portuqaliyalı futbolçu 2023-cü ilin yanvarından icarə əsasında “Benfika”da çıxış edir. Bu müddətdə o, 15 oyuna çıxıb və iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button