Azərbaycan millisinin üzvü 8-ci oldu – Ukrayna çempionatında

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ölkə çempionatlarında ən çox driblinq edən futbolçuların siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, araşdırmalara əsasən, Ukrayna Premyer Liqasında çıxış edən futbolçuların da göstəriciləri hazırlanıb.

Ukraynanın “Minay” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə yerli çempionatda ən çox driblinq edən oyunçudur. 21 yaşlı yarımmüdafiəçi 4,11 indekslə 8-ci sırada yer alıb. Onun cəhdlərinin 44,22 faizi dəqiq alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button