Onun Beyldən daha keyfiyyətli komanda yoldaşı olmayıb

“Mançester Siti”nin sağ cinah müdafiəçisi və kapitanı Kayl Uolker indiyə qədər birlikdə oynadığı ən yaxşı komanda yoldaşının kim olduğu sualına cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 4 il bir yerdə çıxış etdiyi komanda yoldaşının adını çəkib:

“Mən 2012/2013 mövsümündən bu yana Qaret Beyldən daha keyfiyyətli oyunçu ilə heç vaxt oynamamışam. Erlinq Haland kimi qol vuran oyunçu ilə oynayıram, lakin həmin mövsüm Beylin hər zərbəsi tora dəyirdi”.

Uolker və Beyl 2009-2013-cü illərdə “Tottenhem”də birgə çıxış ediblər. Beyl 2012/2013 mövsümündən sonra 2022-ci ilə qədər oynadığı “Real”a keçib. Uolker isə 2017-ci ildə “Mançester Siti”yə üz tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button