De Xea La Liqa klubuna keçə bilər

Azad agent statusunda olan qapıçı David de Xea karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Betis” ispaniyalı futbolçunu transfer etmək istəyir.

Daha əvvəl qapıçıya BƏƏ, Qətər və Meksika klublarının maraq göstərdiyi bildirilirdi.

De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, 2023-cü ilin yayında müqaviləsi başa çatdığı üçün klubu tərk edib. 32 yaşlı qolkiper 2022/23 mövsümündə 58 oyun keçirib, 61 qol buraxıb və 25 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button