Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi

Futbol üzrə Niderland millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Fransa və Cəbəllütariq yığmalarına qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, komandanın beş futbolçusu virus infeksiyasına yoluxduğu üçün düşərgəni tərk etmək məcburiyyətində qalıb.

Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sven Botman (“Nyukasl”), Kodi Qakpo (“Liverpul”), Mateys de Liqt (“Bayern”), Coui Verman (PSV) və Bart Verbrugen (“Anderlext”) yığmadan ayrılıb. Onların əvəzində Rayan Qravenberx (“Bayern”), Kyell Sxerpen (“Vitess”) və Stefan de Vrey (“İnter”) yığmaya dəvət alıblar.

Niderland yığması martın 24-də Fransa millisinin qonağı olacaq, ayın 27-də isə Cəbəllütariqi qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button