Berbatov federasiya prezidenti olmaq istəyir

Futbol üzrə Bolqarıstan yığmasının sabiq üzvü, milli tarixinin ən yaxşı bombardiri olan Dimitar Berbatov federasiya prezidenti olmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, o, Bolqarıstan Futbol Federasiyasının prezident seçkilərinə qatılacağını bəyan edib.

Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Prezident seçkiləri iyunun 25-də Sofiyada baş tutacaq.

Qeyd edək ki, Berbatov peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub. Klub karyerası dövründə isə o, “Bayer”, “Mançester Yunayted”, “Tottenhem”, “Monako” kimi komandalarda oynayıb. Hazırda 40 yaşı olan sabiq hücumçu, ölkəsinin millisində 79 oyuna 48 qol vurub.