Benzema məşqlərə qayıdıb

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komanda ilə məşqlərə qayıdıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın ortalarında “Əl-İttihad”ın baş məşqçisi Marselo Qalyardo fransalı futbolçunu komandanın təlim-məşq toplanışına getdiyi klub bazasına vaxtında gəlmədiyinə görə cəzalandırıb. Bu hadisədən əvvəl Benzema ötən dekabrın sonunda artıq üç məşqi buraxmışdı. Bundan sonra 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Benzema bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button