Belçika millisinin bir neçə müdafiəçisi Azərbaycanla matçı buraxa bilər

Belçika millisinin bir neçə müdafiəçisi Serbiya ilə yoldaşlıq görüşünü (15 noyabr) və AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu (19 noyabr) buraxa bilər.

Komanda.az “VoetbalNieuws.be”-yə istinadən xəbər verir ki, hər iki topuğunda problem yaşayan Yan Vertongen və İngiltərə çempionatında “Bernli”nin son oyununda iştirak etməyən Amin Əl-Dahilin baş məşqçi Domeniko Tedeskonun sərəncamında olmayacağı gözlənilir.

Onların Belçika millisinin qarşıdakı görüşlərində iştirakı sual altındadır. Bundan əlavə, “Standart”ın (Lyej) futbolçusu Zinho Vanhuisden də ölkə çempionatında “Antverpen”lə görüşdə (0:6) əzələlərini zədələyib. Onun millinin qarşıdakı görüşlərinə kimi sağalacağı gözlənilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button