Qardaşı Hazardın tənqid olunmasından danışdı: “Son iki ildir özünü göstərə bilmir”

Belçika milli komandasının futbolçusu Torqan Hazard son zamanlarda tənqid olunan qardaşı Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinə danışan Hazard, qardaşı ilə bağlı bunları deyib:

“İspaniya mətbuatı çətin ola bilər. Bunu digər futbolçuların timsalında da görmüşük. Digər tərəfdən, bu tənqidlərin niyə olduğunu bilirik. Hazard son iki ildir özünü göstərə bilmir. İspaniya mətbuatı da Hazardın gücünü bilir və buna görə tənqid edir. Düşünürəm ki, yeni mövsümdə bu vəziyyət düzələcək”.