Belarus kubokunun sahibi məlum oldu

Futbol üzrə Belarus kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici görüşdə BATE son çempion Brest “Dinamo”su ilə üz-üzə gəlib.

Minskdəki “Dinamo” stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı qolsuz tamamlanıb. Əlavə vaxtın ilk uzatma dəqiqəsində Zaxar Volkov BATE-nin qələbə topunu vurub – 1:0.

Beləliklə, BATE tarixində 4-cü dəfə Belarus kubokunu qazanıb. Bu, həm də Belarusda yeni rekord deməkdi. Buna qədər heç bir klub 4 dəfə kubokun qalibi adını qazanmamışdı.