
“Belə qələbədən sonra “Milan”ın oyunçularına iki gün istirahət verərdim”
İtaliyalı mütəxəssis Fabio Kapello “Milan”ın “İnter”ə qarşı oyunda (1:0) uğurlu nəticə əldə etməsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Belə bir qələbədən sonra komandaya iki gün istirahət verərdim. Bu, zehni cəhətdən çox vacibdir. Belə bir istirahət oyunçuların güclənməsinə imkan verir, onlara özünəinam verir və eyni zamanda, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə onları izləyən hər kəsə zərbədir”.
Kapello daha əvvəl “Milan”ı çalışdırıb.
“Milan” sonuncu dəfə İtaliya çempionluğunu 2022-ci ildə, Stefano Piolinin rəhbərliyi altında qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



