
“Bayern”in gec-tez Çempionlar Liqasını qazanacağına şübhəm yoxdur”
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska komandanın hazırkı heyətinin UEFA Çempionlar Liqasını qazanmağa qadir olduğuna əmindir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman futbolçu bunu söyləyib:
“Komandanın oyunçularının əksəriyyəti, xüsusən də, baş məşqçi bir yerdə qalarsa, gec-tez Çempionlar Liqasını qazanacaqlarına şübhəm yoxdur. Onlara uğurlar arzulayıram”.
31 yaşlı futbolçu mövsümün sonunda komandadan azad agent kimi ayrılacaq.
“Bayern” bu mövsüm həm Almaniya kubokunu, həm də Bundesliqa çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



