Almaniya klubu Reşfordla bağlı vəziyyəti izləyir

“Bayern” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun vəziyyətini diqqətlə izləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 28 yaşlı futbolçunu heyətində görmək istəyən beş klubdan biridir. İngiltərə millisinin üzvü ilə “Nyukasl”, “Aston Villa”, “Tottenhem” və “Barselona”nın da maraqlandığı bildirilir.

Bununla belə, “Bayern”in hücum xəttini gücləndirmək üçün əsas hədəfi PSV-nin yarımmüdafiəçisi İsmael Saibaridir. Klub artıq 25 yaşlı mərakeşli futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Ancaq tərəflər transfer məbləği ilə bağlı ortaq məxrəcə gələ bilməsələr, almanlar alternativ variantlara yönələcək. Həmin namizədlərdən biri də məhz Reşforddur.

İngilis hücumçunun gələcəyi ilə bağlı müxtəlif iddialar səslənməkdə davam edir və yay transfer pəncərəsində onun adı Avropanın bir sıra top-klubları ilə əlaqələndirilir. O, son mövsümü icarə əsasında “Barselona”da keçirib, əsas istəyi də karyerasını məhz Kataloniya klubunda davam etdirməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button