“Bayern” 3 səbəbə görə De Zerbini “sükan arxasına” gətirməyə tərəddüd edir

“Bayern” rəhbərliyi “Brayton”a başçılıq edən italiyalı mütəxəssis Roberto De Zerbinin bu mövsümün sonunda Tomas Tuxelin istefasından sonra boşalacaq baş məşqçi postuna uyğun olduğuna əmin deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, De Zerbinin alman dilini bilməməsi, çətin xarakterə malik olması, həmçinin kluba böyük köməkçilər komandası gətirmək istəməsi “Bayern”in rəhbərlərinin xoşuna gəlmir.

Bununla belə, “Brayton”un De Zerbinin rəhbərliyi altında nümayiş etdirdiyi futbolu Münhen klubunun rəhbərliyinin bəyəndiyi vurğulanır. “Bayern”in idman direktoru Maks Eberl artıq 44 yaşlı mütəxəssislə əlaqə saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button