“Bayern” ÇL matçına 8 itki ilə çıxacaq

“Bayern” bu gün Çempionlar Liqasında Kiyev “Dinamo”su (Ukrayna) ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi sözügedən oyuna 8 itki ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niklas Süle, Camal Musiala, Erik Şupo-Motinq, Mikale Kyuizans, Dayot Upamekano, Yosip Stanişiç, Yozua Kimmix və Serj Qnabri “Dinamo” ilə səfər matçını buraxacaq.

Bu gün keçiriləcək “Dinamo” – “Bayern” matçı saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button