“Barselona” üzərindəki qələbə “Bavariya”ya daha da inam verir” – Alkantara

“Bavariya”nın futbolçusu Tyaqo Alkantara Çempionlar Liqasında “Barselona”nı 8:2 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan ispan yarımmüdafiəçi, oyunla bağlı bunları deyib:

“Barselona” üzərindəki qələbə “Bavariya”ya daha da inam verir. Amma hələ heç nə qazanmamışıq. Mövsümün əvvəlində yaxşı oynaya bilmirdik, amma Hans-Diter Flikin gəlişindən sonra yaxşı futbol sərgiləməyə başladıq. Yarımfinal mərhələsində kiminlə oynayacağımızın fərqi yoxdur. “Barselona” bu vəziyyətdən çıxa biləcək potensiala sahib bir klubdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button