“Bavariya”nın futbolçusu rəsmən “Lill”də

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Renato Sanşeşi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Fransa klubu bu transferə görə Münhen təmsilçisinə 25 milyon avro ödəyib.

“Benfika”nın yetirməsi olan Renato, “Bavariya”ya 2016-cı ildə transfer olunmuşdu. O, 2017/18 mövsümünü icarə əsasında “Suonsi Siti”də keçirib.