Çempionlar Liqası tarixində yeni rekord – 14 dəqiqə…

“Bavariya” Çempionlar Liqasının 5-ci turunda “Srvena Zvezda”nı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə Münhen təmsilçisinin futbolçusu Robert Levandovski rekorda imza atıb. Belə ki, polşalı hücumçu 14 dəqiqə 31 saniyə ərzində 4 qol vuraraq, Çempionlar Liqası tarixində ən qısa zamanda poker edən futbolçu ünvanını qazanıb.

“Srvena Zvezda” ilə oyunun 53, 60, 64 və 67-ci dəqiqəsində fərqlənən Levandovski, ümumiyyətlə, ÇL-də bu mövsüm 10 qol vuraraq, turnirin bombardiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button