Bastoniyə İngiltərədən daha bir “müştəri”

“İnter”in müdafiəçisi Alessandro Bastoni “Tottenhem”ə keçə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “Tottenhem”in daha əvvəl “İnter”ə rəhbərlik etmiş baş məşqçisi Antonio Konte Bastonini komandasında görmək istəyir. Buna görə də, İngiltərə təmsilçisi Milan klubuna təklif irəli sürəcək. “İnter” maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün müdafiəçini satmağı düşünür.

Daha əvvəl 23 yaşlı italiyalıya “Mançester Siti” və “Mançester Yunayted”dən maraq olduğu bildirilirdi.

Bastoni bu mövsüm “İnter”in heyətində 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.