“Barselona”nın futbolçusu əməliyyat olunacaq

“Barselona”nın zədəli futbolçusu Samuel Umtitinin son durumu məlum olub.

Komanda.az xəbər verir ki, komandanın məşqində sağ ayağından zədə alan fransalı müdafiəçi əməliyyat olunacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Umtiti azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.