“Barselona” üçün oynamaq qürurvericidir” – Torres

“Barselona”nın yeni transferi Ferran Torres komandada debüt edib.

Komanda.az xəbər verir ki, ispan hücumçu İspaniya superkubokunda “Real”a qarşı keçirilən matçda (2:3) iştirak edib. O, oyuna əsas heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.

Torres “Barselona”dakı debütü ilə bağlı “tvitter” hesabında fikirlərini paylaşıb:

“Barselona” üçün oynamaq qürurvericidir. Çox çalışmalı və daha yaxşı olmalıyam. Bu, sadəcə başlanğıc idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button