“Barselona”nın stadionunun adı dəyişir – rəsmiləşdi

“Barselona” klubu ilə “Spotify” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Anlaşma bu ilin iyul ayından qüvvəyə minəcək və 4 il davam edəcək. 

Müqaviləyə görə, növbəti mövsümdən “Barselona”nın stadionu “Kamp Nou” “Spotify Kamp Nou” adlanacaq. 

1957-ci ildə tikilən “Kamp Nou” 99 min 354 tamaşaçı tutumuna malikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button