“Bir gün “Barselona”ya qayıtmaq istərdim” – Ture

“Barselona”nın sabiq futbolçusu Yaya Ture açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu, Kataloniya təmsilçisində məşqçi kimi işləmək istədiyini deyib:

“Barselona”da məşqçi olmaq istəyirəm. Akademiyada da olar, əsas komandada da olar. Əsas olan orda olmağımdır. “Barselona” işləmək istədiyim komandadır.

Barselona şəhərində evim də var. Orda məni çox sevdiklərini bilirəm. “Barselona”dan ayrılmaq mənim üçün çətin olmuşdu. Barselonada hər şey var idi – futbol, həyat, yaxşı şərait. Bundan başqa, “Barselona”da ən yaxşı futbolçularla birlikdə oynamışam. Bir gün “Barselona”ya qayıtmaq istərdim”.

Ture 2007-2010-cu illər aralığında “Barselona”da çıxış edib. Sabiq yarımmüdafiəçi hazırda Ukraynanın “Olimpik” klubunda məşqçi kimi çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button