
“Barselona”nın müdafiəçisi əməliyyat olunub
“Barselona”nın müdafiəçisi Jerar Martin əlindən aldığı zədəyə görə əməliyyat keçirib.
Zədə Martinin İspaniya ilə Slovakiya yığmaları arasında keçirilən gənclər arasında Avropa çempionatı oyununda (3:2) baş verib. 23 yaşlı futbolçunun sağ əlində çıxıq aşkar edilib.
Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, müdaxilə uğurla başa çatıb və ispaniyalı oyunçunun mövsümöncəsi hazırlıqlar başlamazdan əvvəl məşqlərə qayıtması gözlənilir.
Son mövsüm Jerar Martin üçün əsl sıçrayış ili olub. O, əsas komandanın heyətində 42 matçda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



