“Barselona”nın keçmiş futbolçusu “Real” üçün mahnı oxudu – VİDEO

Bu yaxınlarda Libertadores kubokunu qazanan “Flamenqo”nun yarımmüdafiəçisi Arturo Vidal “Real”a mahnı həsr edib. Madrid təmsilçisi klublararası dünya çempionatında onlara rəqib ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı çilili futbolçu potensial rəqiblərinə zərbə vuracaqlarına söz verib.

Vidal 2018-2020-ci illərdə “Real”ın əsas rəqibi “Barselona”da çıxış edib. Daha sonra o, “İnter”ə keçib və 2022-ci ilin yayından “Flamenqo”da çıxış edir.

Klublararası dünya çempionatı 2023-cü ilin fevralında keçiriləcək. “Real” 4 dəfə kuboku qazanıb, “Flamenqo” isə 2019-cu ilin finalında “Liverpul”a uduzub (0:1).

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button